Prezident onları təltif etdi - Siyahı

Prezident onları təltif etdi - Siyahı
  23 İyun 2016    Oxunub:1581
Prezident İlham Əliyev Əli Yusif oğlu Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sənədlə Ə.Qaraxanov Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bundan başqa prezident İlham Əliyev Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sənədlə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Abbasov Səxavət Abbas oğlu
İsmayılov Əli İsmayıl oğlu
Nəbiyev Bağban Qoca oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Oleq Mürsəloviç
Barabanov Konstantin Nikolayeviç
Cabbarov Əyyub Qulam oğlu
Çuqunov Vladimir Mixayloviç
Əliyev Rəşid Rza oğlu
Qurbanov Rafiq Əhməd oğlu
Mənsimov Əliheybət Əlibaba oğlu
Sadıqov Niyazi Bağman oğlu.

AzVision.az


Teqlər:  





Xəbər lenti