Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi
  23 İyun 2016    Oxunub:2013
Vergilər Nazirliyinin hüquqları artırılıb.
AzVision.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib.

Vergilər Nazirliyinə verilən digər hüquq aksiz markaları ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyinin aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək hüququ olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti