Cəbhəboyu rayonlar minalardan təmizlənir
ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 25 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1548 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


