3 yaşlı uşağı `dustaq edən` müdirə cəzalandırıldı
“Əvvəlki görüşümüzüdə Eldar müəllim bildirmişdi ki, tədbirdə çəkilən video görüntüdən sonra yekun qərar veriləcək. Lakin bu məsələ bir az uzandı, çünki Eldar müəllimin məzuniyyətə gedən vaxtına düşmüşdük. Beləcə yenidən İcra Hakimiyyətinə dəvət olunduq. Eldar müəllim bizi qəbul etdi. Bildirdi ki, videoya baxılıb, Əsmər orada yoxdur. Bu da bir çox mətləblərə işıq salır. Müdirə ilə ciddi şəkildə danışılıb və ona şiddətli töhmət verilib”.
Onun sözlərinə görə, müdirəyə ciddi töhmət verilməsi barədə əmr valideynlərə göstərilib. “Həmin əmri mənə göstərdi. Orada 210 saylı bağçanın müdirəsi Həmidə Əliyevaya işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verildiyi və eyni zamanda bu xəbərdarlıqdan sonra bağça ilə bağlı hər hansı şikayət və narazılıq gələrsə, dərhal işdən azad olunacağı bildirilib”.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


