`Britaniyanın Avropa İttifaqından çıxması Putinin qələbəsidir`

`Britaniyanın Avropa İttifaqından çıxması Putinin qələbəsidir`
  24 İyun 2016    Oxunub:8746
ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun nəticələrini Rusiya prezidenti Vladimir Putinin qələbəsi kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu barədə sabiq səfir öz Twitter səhifəsində yazıb.

“Bu gün baş verən hadisə Putinin gələcək xarici siyasəti üçün böyük qələbədir. Ona haqqı olanı verin”, - deyə sabiq diplomat yazıb.

Makfol hesab edir ki, Britaniyanın Aİ-dən çıxması barədə qərarda birbaşa Putinin rolu olmasa da bu “şübhəsiz Rusiya liderinin uzunmüddətli maraqlarına xidmət edir”.

“Putin Varşava müqaviləsi və SSRİ-nin dağılmasından şikayətləndirdi. Buna görə də o, Avropa Birliyində parçalanmaya görə şaddır”, - deyə Makfol bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması ilə bağlı ötən gün keçirilən referendumun nəticələri məlum olub.

Məlumata əsasən ölkənin Aİ-dən çıxmasının tərəfdarları 16,7 milyon seçici baryerini keçib. Ölkə üzrə 382 dairədən 175-nin nəticələrinə əsasən, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48,7 təşkil edir.

Şeffild, Blekpul, Qosport, Milton Kins kimi şəhərlərin sakinləri Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti