`Avropa İnstitutları lobbiçilikdən azad deyil` - Vüsal Hüseynov

`Avropa İnstitutları lobbiçilikdən azad deyil` - Vüsal Hüseynov
  24 İyun 2016    Oxunub:6678
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa institutlarında şəffaflığın təkmilləşdirilməsinə həsr olunan sessiyasında “Avropa təsisatlarında şəffaflıq və açıqlıq” adlı məruzə ətrafında müzakirələr aparılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov sessiyada çıxış edərək Avropa institutlarına etimadın təmin olunmasında şəffaflığın rolu barədə fikirlərini bölüşüb. O, təəssüflə bildirib ki, Avropa institutları demokratik dəyərlər əsasında idarə edilməsinə və Avropanın mərkəzində yerləşməsinə baxmayaraq, bu institutlar lobbiçiliyin təsirindən azad deyil. Lobbiçiliyin mənfi təsirləri üzdə görünməsə də hər an açıq hiss olunur.

Qeyd edilib ki, Azərbaycan da Avropa institutlarında çirkli lobbiçilik kampaniyalarına məruz qalıb. Nəticədə Azərbaycan önəm verdiyi bəzi Avropa institutları ilə münasibətlərində xoşagəlməz hallarla üzləşib. Hətta Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasını, torpaqlarının işğal edilməsini hamının aydın bilməsinə və bunun Assambleyanın da təsdiq etməsinə baxmayaraq, ölkəmiz ədalətsiz münasibətlərlə qarşılaşır. Avropa institutları qərarlar qəbul edəndə bilməlidirlər ki, bu qərarların təsiri yalnız Avropa məkanının daxili məsələləri ilə bitmir, bəzi hallarda bu qərarlar Avropa sərhədlərindən kənarda olan ölkələrə də şamil edilir. Buna görə də Avropa institutları tərəfindən qəbul edilmiş qərarlarda hansı maraqların ifadə olunması ilə bağlı məlumatlar və bu prosesdə şəffaflıq təmin edilməlidir.

Şəffaflığın əhəmiyyətindən danışan Milli Məclisin deputatı Avropada lobbiçilik səviyyəsində qanunvericiliyin çox zəif olduğunu bildirib. O, bu sahənin tənzimlənməsinə, şəffaflıq standartlarının təmin edilməsinə olan böyük ehtiyacı diqqətə çatdırıb (AzərTac).


Teqlər:  





Xəbər lenti