Ermənilər Papanı lavaşladılar - KARİKATURA
Qonağa ərik və lavaş bağışlamağın nə məna daşıdığını Roma papası kimi biz də anlaya bilməsək də, hər halda, razılaşmaq lazımdır ki, ermənilər də digər dünya xalqları kimi evlərinə gələnə nəsə bağışlamalıdırlar. Ya da ola bilsin türklərin qonağı duz-çörəklə qarşılamağını onlar kasıblıq kimi başa düşdüklərindən özlərini daha üstün göstərmək istəyiblər. Duz-çörəkdənsə, ərik və lavaşa üstünlük veriblər.