ANAMA yeni hesabatını yaydı

ANAMA yeni hesabatını yaydı
  29 İyun 2016    Oxunub:1271
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 28-də Füzuli rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı hazırlayıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, Füzuli rayonu Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 940 kv. m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri, nəticə etibarı ilə 2 940 kv. m ərazi yoxlanılıb.
İyunun 28-də 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, gün ərzində 2 940 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel-28 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçiriib, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti