Gəncədə iftar verildi - Fotolar
Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir. Müqəddəs kitabımızın, Qurani-Kərimin Ramazan ayında göndərilməsi də şübhəsiz ki, bu ayın ən ali fəzilətlərindəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir. Bugünkü iftar süfrəsi də belə bir xoş niyyətlə açılıb. Komitə sədri mərasim iştirakçılarına bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyib və cansağlığı arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov Ramazan ayının İslam dinində böyük önəmə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi müqəddəs günlərin ayıdır. Həmçinin göstərilən diqqqətə görə ölkə başçısına minnətdarlığını ifadə edib.
Şəhid atası Çingiz Quliyev xatırladıb ki, bəşəriyyəti birliyə, eyni masa ətrafında səmimiyyətə səsləyən Ramazan ayı dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin hələ uzun qərinələr belə nəsil-nəcabətlərinin əməllərində yaşayacaq.
Şəhid atası belə birliyin daim davamlı olmasını arzuladığını bildirib. Mərasimdə çıxış edən dindarlar ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan geniş danışaraq məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidənqurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıblar.
AzVision.az