63 həkim işə qəbul olunub

63 həkim işə qəbul olunub
  30 İyul 2013    Oxunub:978
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair növbəti müsabiqənin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlmasında deyib ki, müsabiqənin ikinci mərhələsindən 63 nəfər imtahandan keçib.

Anar Qədirlinin sözlərinə görə, 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub, bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb.

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılıb. Müsahibə nəticəsində 63 nəfər işə qəbul edilib, onlardan 49 nəfər rayonlar üzrə, 14 nəfər Bakı və Sumqayıt şəhərləri üzrə.

Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, belə imtahanlar davamlı olaraq keçiriləcək, qısa müddətdən sonra yenə də həkimlərin imtahanı olacaq”.

Xatırladaq ki, həkimlərin işə qəbulu ilə bağlı ilk imtahan martın 28-də keçirilib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti