`Park Cinema` kinoteatrlar şəbəkəsi yeni mobil tətbiqi istifadəyə verdi

`Park Cinema` kinoteatrlar şəbəkəsi yeni mobil tətbiqi istifadəyə verdi
  29 İyun 2016    Oxunub:8106
Azərbaycanda və bölgədə ilk və ən böyük yeni nəsil kinoteatrlar şəbəkəsi özünün App Store və Google Play-də yüklənməsi mümkün olan yeni mobil tətbiqini istifadəyə verib.
Bu barədə AzVision.az-a açıqlamasında Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev məlumat verib.

“Yeni Park Cinema mobil əlavəsi çox rahatdır. Onun sayəsində evdə, kafedə, gəzintidə və ya nəqliyyatda olmağınızdan asılı olmayaraq siz repertuarla tanış ola, yəni hansı kinoteatrlarda hansı filmlərin getdiyini, seansların vaxtını öyrənə bilərsiniz. Yeni tətibq arzu edən hər kəsə dərhal onun vasitəsilə cəmi bir neçə toxunuşla bilet almağa da imkan verir”, - deyə Namiq Quliyev bildirib.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru funksional rahatlığından əlavə yeni mobil tətbiqin tamamilə yeni dizaynı olduğunu qeyd edərək Park Cinemanın bu məhsulunun kinosevərlərin ürəyincə olacağına əminliyini ifadə edib. “ Park Cinema yeni mobil tətbiqinin ölçüsünün kiçik olması onu demək olar ki, bütün smartfon istifadəçiləri üçün əlçatan edir və qısa müddət ərzində yükləmələrin sayı onun populyarlığının sürətli temlə artdığından xəbər verir”, - deyə N.Quliyev sözlərinə əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti