`Siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik`

`Siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik`
  29 İyun 2016    Oxunub:2285
“90 saylı Ağdaş seçki dairəsində keçirilən seçkilərlə bağlı MSK-ya iki müddəti ötməklə, cəmi 7 müraciət daxil olub”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib. Onun sözlərinə görə, seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb:

“Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik”.

O, əlavə edib ki, seçkilər zamanı Seçki Məcəlləsinə, qanunvericiliyə əməl edilir:

“Biz bunu etməklə seçkidən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik. Kimlərəsə seçkidən öz maraqları üçün istifadə etməyə yol verilməməlidir. Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir. Ümumiyyətlə seçkilər zamanı həmrəylik nümayiş olunmalıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti