Sarkisyanın türklərə başsağlığı verməsinə YAP-dan münasibət
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Sarkisyan Türkiyəyə başsağlığı verməsi qonşuluq və diplomatik etika yox, Ermənistanın çıxılmaz vəziyyətdə olmasından irəli gələn məcburi addımdır: “Ötən il Rusiya-Türkiyə münasibətləri pisləşəndə buna ən çox sevinən və sonradan bu gərginliyin dərinləşməsinə ən çox səy göstərən ölkə Ermənistan idi. Ancaq tarixi proses Ermənistanın istəyinin əleyhinə olaraq iki nəhəng dövlətin dostluğunu bərpa etdi. Artıq Moskvada Ermənistanın türklər haqqında qorxulu nağılları keçmir. Rusiya Anadolu siyasətini Ermənistanın çirkin düşmənçilik maraqları ilə deyil, öz milli maraqları üzərində qurmağa başlayır”.
A.Mirzəzadə vurğulayıb ki, bu situasiyada Ermənistan dişini-dişinə sıxaraq Türkiyəyə başsağlığı verib: “Yada salaq ki, Xocalı soyqırımında iştirakından qürur duyan Sarkisyan, Ermənistanın müdafiə və milli təhülkəsizliki naziri olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən Bakıda bir sıra terror hadisələri törədilmişdi. İndi isə belə bir insan terror hadisəsinə görə başsağlığı verir”.
Elvin Abdulqədirov
AzVision.az