İlham Əliyev filippinli həmkarını təbrik edib

İlham Əliyev filippinli həmkarını təbrik edib
  30 İyun 2016    Oxunub:1699
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının prezidenti Rodriqo Duterteyə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti