KİV: Prezidentlər Parisdə və ABŞ-da görüşəcəklər
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, prezidentlər Parisdən sonra ABŞ-da da görüşə bilərlər.
KİV-in xəbərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-sədri olan Almaniya belə görüşün təşkili istiqamətində işlərə başlayıb.
“Məlumatda qeyd olunur ki, Azərbaycan-Ermənistan prezidentləri avqustda Parisdə, sentyabr-oktyabr aylarında isə ABŞ-da görüşə bilərlər”, - deyə Ermənistan XİN-indən olan mənbə bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


