Rza Zərrab `mafiya vəkili`ndən imtina etdi

Rza Zərrab `mafiya vəkili`ndən imtina etdi
  01 İyul 2016    Oxunub:12333
ABŞ-da həbs edilən Azərbaycan əsilli biznesmen Rza Zərrab hüquqlarını müdafiə edən “mafiya vəkili” Benjamin Brafmanın xidmətindən imtina edib.
AzVision.az-ın məlumatına görə, R. Zərrab həbsinə səbəb olan dövlət ittihamçısı Prit Bhararanın yaxın dostunu özünə vəkil tutub.

Həbsdə olan biznesmenin bundan sonra hüquqlarını Viet Dinhi adlı vəkil müdafiə edəcək. Z. Zərrabın köhnə vəkilin işindən narazı qalıdığı üçün belə bir addım atdığı qeyd olunur.

Viet Dinhi və Prit Bahararanın tələbəlik illərindən dost olduğu bildirilir.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti