Hava şəraiti dəyişəcək - Xəbərdarlıq edildi

Hava şəraiti dəyişəcək - Xəbərdarlıq edildi
  01 İyul 2016    Oxunub:2942
Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricə 4-7 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

AzVision.az


Teqlər:  






Xəbər lenti