Bakı Zooparkı sökülür?

Bakı Zooparkı sökülür?
  30 İyul 2013    Oxunub:3671
Bakı Zooparkında təmir işləri gedir.

Bu barədə Azvision.az-a açıqlamasında Bakı Zooparkının direktoru Azər Hüseynov məlumat verib. Onun sözlərinə görə, zooparkda daxili dəyişikliklər aparılır :

“Heç bir söküntüdən söhbət gedə bilməz. Sadəcə, bir az tikinti işləri aparılır”

Hüseynov onu da əlavə edib ki, sentyabrda zooparka yeni heyvanlar gətiriləcək :

“Moldaviya ilə müqaviləmiz var. Sentyabr ayında Moldaviyadan oyuncaq meymun və vaşaq gətiriləcək”

Zooparkın köçürülməsinə gəlincə, direktor bildirib ki, bu barədə hələ heç bir xəbər yoxdur.

Nihadə


Teqlər:  





Xəbər lenti