İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  31 İyul 2013    Oxunub:947
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın yeni seçilmiş prezidentini təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

`Hörmətli cənab Məmnun Hüseyn,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.`


Teqlər:  





Xəbər lenti