Millət vəkilindən 700 bal toplayan şagirdə jest

Millət vəkilindən 700 bal toplayan şagirdə jest
  31 İyul 2013    Oxunub:1101
`Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan üçüncü Mingəçevir abuturiyentinə də hər ay 100 manat təqaüd verəcəyəm`
AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə facebook profilində yazaraq bildirib:

`Bu gün IV ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin kimliyi məlum oldu. Onlardan biri Mingəçevir şəhəri 7 saylı məktəbin məzunu Aytən Paşazadədir.

Çox sevindim ki, bu ilki qəbul imtahanlarında ən yüksək bal toplayan 6 nəfərdən 2-si Mingəçevir şəhər məktəblərinin məzunlarıdır. Eşitdiyimə görə 500 baldan çox bal toplayan mingəçevir məzunlarının da sayı keçən ilkindən çoxdur.

Mingəçevirdə təhsilə həmişə böyük diqqət olub. Bü ilki göstəricilər isə axırıncı illərdə şəhərdə iki yeni məktəbin istifadəyə verilməsi, bir neçəsinin əsaslı təmirindən sonra təhsilin səviyyəsini daha da yüksəldilməsi nəticəsində mümkün olmuşdur.

7 saylı məktəb Mingəçevirin qabaqcıl məktəblərindən biridir. Məktəb direktoru Aidə xanım məktəbdə təhsilin səviyyəsinin yüksəlməsi üçün çox zəhmət sərf edir.

Verdiyim vədə uyğun olaraq 700 bal toplamış Aytən Paşazadəyə də ali məktəbi bitirənə qədər hər ay 100 manat təqaüd verəcəyəm.

Bu gün gec olduğundan Mingəçevirə zəng edə bilmədim. Sabah Mingəçevir təhsil şəbəsinin müdiri, əməkdar müəllim Sahib Məmmədova, məktəb direktoru Aidə xanıma, yüksək bal toplamış Aytən Paşazadəyə və onun valideynlərinə zəng edib onları təbrik edəcəyəm`.


Teqlər:





Xəbər lenti