“Asan xidmət”in məqsədi korrupsiyaya qarşı mübarizədir”

  31 İyul 2013    Oxunub : 654
“Asan xidmət”in məqsədi korrupsiyaya qarşı mübarizədir”
“Asan xidmət” mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir”.
Bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurs davam edir. AzVision.az-ın verdiyi məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov kursda “Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda çıxış edib.

Rüstəm Usubov deyib ki, QHT-lərin korrupsiyaya qarşı mübarizədə aktiv iştirak edirlər. Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımların atıldığı qeyd edilib:

“Korrupsiyaya qarşı mübarizədə cəza tədbirləri tətbiq olunur, eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır. “Asan xidmət” mərkəzlərinin yaradılmasında da məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə, şəffaflığın artırılmasında İKT sahəsinin də inkişafı çox vacibdir. Baş Prokurorluq tərəfindən 2013-cü ildə bununla bağlı xüsusi proqram hazırlanıb. Azərbaycan respublikasında qeydə alınmış cinayətlərlə bağlı Elektron Cinayət Sistemi yaradılıb. Cinayət qeydə alınan andan başlayaraq bütün məlumatlar bu sistemdə yer alacaq. Bu, bizim işimizi asanlaşdıracaq”.

Sevinc İLTİFATQIZI

Teqlər: