TQDK abituriyentlərə müraciət edib

TQDK abituriyentlərə müraciət edib
  31 İyul 2013    Oxunub:964
Ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Komissiya tərəfindən IV ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş abituriyentlərə müraciət olunub.

Dəyişikliklərə əsasən, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Zootexniklik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Baytarlıq”, “Ekologiya”, “Su bioehtiyatları və akvabitkilər” ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.



Teqlər:





Xəbər lenti