Leyla Əliyeva oğlanları ilə konsertdə - FOTOLAR

Leyla Əliyeva oğlanları ilə konsertdə - FOTOLAR
  10 İyul 2016    Oxunub:4965
İyulun 9-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində “İsti günlər” Beynəlxalq Musiqi Festivalı başlayıb.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, festival məşhur artistlərin qırmızı xalı üzərindən keçidi ilə başlayıb. Aparıcılar Slava Nikitin və Yuliya Lısenkonun suallarını cavablandıran festival iştirakçıları Bakıya səfərlərinin təəssüratlarını bölüşüblər, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətlərindən, təqdim edəcəkləri proqramdan danışıblar, Azərbaycana gəlmələrindən çox şad olduqlarını söyləyiblər. Əsl ulduz paradını xatırladan qırmızı xalıda çoxsaylı fotoşəkillər çəkilib, tamaşaçılar Bakıda çoxdan gözlədikləri artistlərlə ünsiyyət qurublar, onların libaslarının özəlliyindən söhbət açıblar. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalının dünyanın ən hərarətli yay festivalı olduğu bildirilib.



Festivalın fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bakıda ilk növbədə hansı yerləri ziyarət etməyə dəyər” sualını cavablandıraraq deyib: “Bütün yerləri ziyarət etməyi və qonaqpərvər, səmimi insanlarla tanış olmağı məsləhət görürəm”.

Qırmızı xalı üzərindən keçid başa çatdıqdan sonra “Jara” Beynəlxalq Musiqi Festivalına start verilib. Murad Dadaşov səhnəyə Yana Çurikova və Andrey Malaxovu dəvət edib, Festival “Rast” qrupunun çıxışı ilə başlanıb.
İki gün davam edəcək festival tamaşaçıları məşhur artistlərin sayı ilə heyrətləndirir. Səhnəyə Filip Kirkorov, Polina Qaqarina, Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, EMİN, LOBODA, Qriqori Leps, Aleksandr Revva, Leonid Aqutin, Vlad Sokolovski, Anna Sedokova, Denis Klyaver, Artik və Asti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Slava, Sati Kazanova, “Arsenium”, Mitya Fomin, Katya Lel, Diana D., A-DESSA, Bahhtee, The Jiggits, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu çıxıb.



Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. “İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

“İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.



AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti