Filipp Kirkorov illər sonra Bakıda - FOTOLAR
O, Bakıya olan heyranlığından və azərbaycanlıların qonaqpərvərliyindən danışıb: “Hər dəfə Bakıya həvəslə və həyəcanla gəlirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Buranın təbiəti, mənzərələri çox gözəldir”.
Qeyd edək ki, müğənni bir müddət əvvəl açıqlamasında Bakıya çox gəlmək istədiyi, amma bəzi problemlər yaşadığını bildirmişdi. O, demişdi ki, Azərbaycanda konsert vermək istəyir.
AzVision.az Axsam.az-a istinadən Kirkorovun Bakıdan görüntülərini təqdim edir: