Belə ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib. Xüsusis materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.
Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib. Qeyd edəkki portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib. (ATV.az)
AzVision.az