Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  01 Avqust 2013    Oxunub:990
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Temperatur gecə 19-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Rayonlarda avqustun 2-də hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti