Yol polisi Bakıda reydlər keçirəcək

  01 Avqust 2013    Oxunub : 391
Yol polisi Bakıda reydlər keçirəcək
Yol hərəkəti haqqında qanunun tələblərinə uyğun gəlməyən sürücülər cərimə olunur
“Jurnalisitika və İnkişaf Mərkəzi” İctimai Birliyi təmiz hava ayları layihəsi çərçivəsində avqust ayı ərzində reydlər keçirəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə birliyin sədri Elməddin Muradlı bu gün keçirilən tədbirdə məlumat verib.

O bildirib ki, avqustun 1-dən 31-dək davam edəcək “Təmiz hava ayı” çərçivəsində nəqliyyat vasitələrinin reydi keçiriləcək və onların ixrac etdiyi qazlar yoxlanılacaq: “Avtomobillər Bakıda çoxluq təşkil etdiyindən yəqin ki, tədbirlərin böyük bir qismi Bakıda keçiriləcək”.

Daha sonra İB sədri qurumun “Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili” layihəsi barədə məlumat verib.

O bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihə 4 ay davam edib:

“Bu müddət ərzində yol hərəkəti maairləndirmə mövzusunda 3 orta məktəbdə tədbir keçirilib. Layihənin icrası zamanı bir daha aydın oldu ki, cəmiyyətdə, xüsusən də orta məktəblərdə yol hərəkəti qaydalarının öyrənilməsinə maraq var”.

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “təmiz hava ayı” ilə bağlı keçirilən tədbirlər haqqında danışıb və vurğulayıb ki, adı çəkilən tədbir 2004-cü ildən keçirilir:

“Ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün gün ərizndə ölkə ərzində bütün ölkədə nəqliyyat vasitələri polis əməkdaşları tərəfindən saxlanılır və onların ixrac etdiyi qazın tərkibi öyrənilir. Yol hərəkəti haqqında qanunun tələblərinə uyğun gəlməyən sürücülər cərimə olunur”.

V.Əsədov bildirib ki, təkcə dövlət Neft Şirkətinə məxsus 6 minə yaxın avtomobilin yoxlanmasına ehtiyac var: “Bu vasitələrin Ekologiya və Təbii Sərvətər Nazirliyi və yol polisi əməkdaşları ilə birgə bunların mühərriklərinin yoxlanılması və istismarına icazə verilməsi mühüm amillərdən biridir”.

Daha sonra tədbir iştirakçılarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nümayəndələri qeyd olunan problemlə bağlı fikirlərini bildirib, həlli yolları ilə bağlı danışıb.

Fatimə KƏRİMLİ

Teqlər: