Yanacaqdoldurma məntəqəsində yanğın

Yanacaqdoldurma məntəqəsində yanğın
  02 Avqust 2013    Oxunub:841
Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu rayonunun Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.

Vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv. m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığılmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb.

“KamAZ” markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti