`Hərbi həkimlərin qəbulu başa çatıb`

`Hərbi həkimlərin qəbulu başa çatıb`
  02 Avqust 2013    Oxunub:1148
“Hərbi hərbi tibb fakültəsi üzrə qəbul aparılıb. Qəbul üçün minimal bal 350 olub”.
AzVision.az xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu ixtisas üzrə qəbul olunanların hamısı oğlandır: “Onlar ayrı kontingentdir. Belə ki, qəbul imtahanından əvvəl onların qarşısında hərbi qulluqda olmaq və başqa tələblər var idi”.

M.Abbaszadə bildirib ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyə də qəbul başa çatıb. Onlar 200 balla liseyə qəbul olublar.

Bundan başqa Heydər Əliyev adına Hərbi Liseyə qəbul isə 250 balla olub.


Teqlər:  





Xəbər lenti