Prezident seçkilərinin vaxtı bəlli oldu

 Prezident seçkilərinin vaxtı bəlli oldu
  02 Avqust 2013    Oxunub:973
Azərbaycanda prezident seçkiləri oktyabr ayının 9-da keçirilməsi planlaşdırılıb.

Bu barədə məlumatı MSK sədri Məzahir Pənahov deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq prezident seçkiləri 5 ildən bir olaraq keçirilir. Sonuncu dəfə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev qalib gələrək növbəti 5 ildə prezident səlahiyyətlərinin icrasına başladı.

İyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayı zamanı partiya üzvləri yekdilliklə partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi qərarını dəstəkləyib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti