`Namizədlərin sənəd qəbulu avqustun 20-dən başlayır`

`Namizədlərin sənəd qəbulu avqustun 20-dən  başlayır`
  02 Avqust 2013    Oxunub:992
`Qərar dərc edildiyi andan prezidentliyə namizədər öz namizədliyini irəli sürə və MSK-ya müraciət edə bilər`
AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK katibi Arifə Muxtarova deyib.

O, qeyd edib ki, namizədlər namizədliyinin qeydə alınıb imza vərəqəsi götürmək üçün MSK-ya müraciət etmək hüququna malikdir: `Təqvim planına əsasən seçki gününə 23 gün qalmış rəsmi təbliğata başlanılır. Bu da bu il sentyabr ayının 19-na təsadüf edir`.

`Namizədlər öz sənədlərini avqustun 20-dən sentyabrın 9-na kimi MSK -ya təqdim etməlidirlər`,deyə o əlavə edib.

Sevinc İLTİFATQIZI




Teqlər:  





Xəbər lenti