SOCAR: `Pul və tapşırıqla işə düzəlmək olmaz`

SOCAR: `Pul və tapşırıqla işə düzəlmək olmaz`
  02 Avqust 2013    Oxunub:1248
ARDNŞ-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli əhaliyə müraciət edib.
Bu barədə SOCAR-ın rəsmi facebook səhifəsində məlumat verilib.
Bildirilib ki, bəzi şəxslər namizədi aldadaraq ARDNŞ-da iş vəd edirlər. Namizəddən bunun müqabilində pul alaraq, “ Get imtahanda iştirak et, sənin iş məsələni həll etmişəm.” deyərək onu aldadırlar. Namizəd isə imtahanda öz biliyi və bacarığı hesabına uğur qazanıb işə qəbul olur. Nəticə olaraq namizəddə ARDNŞ-ya pul və tapşırıqla işə düzəlməsi fikri yaranır.

Son 2 il ərzində ARDNŞ-nin Hüquq İdarəsi tərəfindən 11 bu kimi hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

SOCAR sonda vətəndaşlara müraciət edib və bildirib ki, belə şəxslərə aldanmasınlar.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti