TQDK-dan boş qalan yerlərlə bağlı jurnal

TQDK-dan boş qalan yerlərlə bağlı jurnal
  02 Avqust 2013    Oxunub:1133
“Magistr” jurnalının 6-cı sayı növbəti həftənin əvvəlində işıq üzü görəcək.
AzVision.az xəbər verir ki, bu barədə TQDK-nın rəsmi facebook səhifəsində bildirilib.

Məlumata görə, həmin nəşrdə magistraturaya boş qalmış yerlərə əlavə yerləşdirmə barədə elan, boş yerlərin siyahısı və müsabiqə şərtləri dərc olunacaq.

Xatırladaq ki, 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3835 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1930 nəfəri isə əvvəlki illərin məzunudur.


Teqlər:





Xəbər lenti