Litvanın Azərbaycandakı səfirindən istefa

Litvanın Azərbaycandakı səfirindən istefa
  03 Avqust 2013    Oxunub:981
Litva Xarici İşlər Nazirliyi telefon danışıqlarının internetdə yayılması ilə bağlı yaranan qalmaqalda adı hallanan Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın öz vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini aldığını təsdiqləyib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, XİN-in açıqlamasında deyilir ki, bu addımı ilə səfir təmsil etdiyi ölkənin və şəxsən özünün nüfuzuna xələl yetirməsinin qarşısını almaq istəyir:

“Diplomat anlayır ki, yaranan vəziyyət onun işinin lazımi səviyyədə davam etdirilməsini çətinləşdirir”.

Litva xarici işlər naziri Linas Linkyaviçüs isə səfirin bu addımının hörmətə layiq olduğunu bildirib.

Qeyd edək ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənilib.

Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.

Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər.

R.Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.


Teqlər:





Xəbər lenti