Berti Foqtsun dünyadakı reytinqi

  25 Fevral 2013    Oxunub : 436
Berti Foqtsun dünyadakı reytinqi
Siyahıda azərbaycanlı məşqçilərdən heç kim yer almayıb.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) açıqladığı dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısında 42-ci yeri tutur.

245 mütəxəssisin yer aldğı siyahı 1996-2012-ci illərdə məşqçilərin göstərdiyi nəticələrə əsasən hazırlanıb. Foqts reyqinq cədvəlinə əsasən Almaniya yığmasını 1996-cı ildə
Avropa çempionu etdiyi üçün düşüb.

Reytinq cəsdvəlinə şotlandiyalı Aleks Fergüssson başçılıq edir. Fransalı Arsen Venger ikinci, portuqaliyalı Joze Mourinyo isə üçüncü yeri tutur.Türkiyəli məşqçi Fatih Terim braziliyalı Mario Zaqalo ilə birgə 49-cu pillədədir.

Teqlər: