Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

  03 Avqust 2013    Oxunub : 573
Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, LənkəranQuba şəhərlərində ümumilikdə 42 binada keçiriləcək.

İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanın gedişini işıqlandırmaq üçün 70 - dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

2013-cü ildə II qrup üzrə 23052 abituriyent ərizə təqdim edib.

Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir.

14265 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

7388 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. 97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür.

Bakı şəhərində 10395, Naxçıvanda 980, Gəncədə 2819, Sumqayıtda 1358, Mingəçevirdə 1042, Şəkidə 1459, Ağcabədidə 751, Göyçayda 1078, Şirvanda 880, Lənkəranda 1447, Qubada isə 843 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Teqlər: