Mərkəzi prospektlərdə yol bağlıdır

Mərkəzi prospektlərdə yol bağlıdır
  03 Avqust 2013    Oxunub:1140
Bakının iki mərkəzi prospektində yol bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, "Şəfa" stadionun qarşısında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq Koroğlu m/st.-dan şəhər istiqamətində orta yol müvəqаqəti bağlanıb.

Tbilisi prospektinin, Ak. H.Əliyev küçəsi ilə kəsişməsindən Cavadxan küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (20 Yanvar m/st. istiqamətində) təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.

Sürücülərə altervativ olaraq Həsən bəy Zərdabi prospekti və A.M.Şərifzadə küçəsindən istifadə etmələri məsləhət görülür.

AzVision.az


Teqlər:  





Xəbər lenti