Ötən günün kriminal icmalı

Ötən günün kriminal icmalı
  03 Avqust 2013    Oxunub:1173
Daxili İşlər Nazirliyi gün ərzində ölkə ərazisində baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb.
Belə ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Əşrəfovdan 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Neftçala rayon sakini Fərman Ağayevdən isə müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Həmçinin, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də Tərtər rayon sakini Rövşən Kərimovdan 2 kiloqram 345 qram marixuana aşkarlanıb.

Digəri hadisə isə Xırdalanda qeydə alınıb. Şəhər sakinləri Pərvanə Cəmilova və Gülarə Hüseynova evlərindən dərmandan zəhərləniblər.


Teqlər:  





Xəbər lenti