Bacı və qardaş maşının altında qaldı

Bacı və qardaş maşının altında qaldı
  03 Avqust 2013    Oxunub:1195
İsmayıllı rayonunda ağır avtomobil qəzası baş verib.
Hadisə bu gün saat 12:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 39-cu kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Nəsirov Abdulla Namiq oğlu idarə etdiyi 90-BP-122 dövlət nömrə nişanlı “VAZ 21154” markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyadaları, İsmayıllının Talıstan kənd sakinləri - 1997-ci il təvəllüdlü Məmmədova Fəridə Rasim qızını və qardaşı 2004-cü il təvəllüdlü Məmmədov Ümid Rasim oğlunu vurub.

Aldığı ağır bədən xəsarətləri səbəbindən Fəridə Məmmədova hadisə yerində, qardaşı isə İsmayıllı Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (apa)


Teqlər:  





Xəbər lenti