ADNA-nın yataqxanalarında yaşayan köçkünlər yeni mənzillərə köçürülür

ADNA-nın yataqxanalarında yaşayan köçkünlər yeni mənzillərə köçürülür
  03 Avqust 2013    Oxunub:1132
Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi prosesinə başlanılıb.
4 gündür ki, davam edən köçürülmə prosesi hələlik 200-yaxın ailəni əhatə edəcək. Ümumilikdə isə, 760 ailənin Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan yeni mənzillərə köçürülməsi planlaşdırılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, burada komissiya işləyir.

Məlumata görə, Komissiyanın tərkibinə Komitənin məsul əməkdaşları, Məskunlaşma rayon İcra Hakimiyyəti, ərazisi işğal olunmuş rayon İcra Hakimiyyəti, yataqxananın özünün nümayəndələri və digər qurumlardan əməkdaşlar iştirak eliyir. Yəni bütün bunlar hamısı məcburi köçkünlərin özlərinin də iştirakı ilə püşkatma yolu ilə həyata keçirilir.

Məcburi köçkünlər üçün salınan yeni yaşayış massivində uşaq baxçası, məktəb, tibb məntəqəsi, muzey, klub-icma mərkəzi və digər lazımi obyektlərdə inşa olunub. Qeyd edək ki, yaxın zamanda məcburi köçkünlər üçün Gəncə, Bərdə, İmişli, Balakən, Qaradağ, həmçinin, Abşeron rayon Qobu bələdiyyəsi sayılan ərazidə yeni massivlərin salınması da planlaşdırılır.


Teqlər:





Xəbər lenti