Bakıda zəncirvari yol qəzası baş verib

Bakıda zəncirvari yol qəzası baş verib
  05 Avqust 2013    Oxunub:999
Bu gün saat 12:30 radələrində Bakının Xəzər rayonunda, Milli Aviasiya Akademiyasının qarşısında zəncirvari yol qəzası baş verib.
AzVision.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, 136 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu, traktor və "Nissan X-Trail" toqquşub.

Nəticədə 3 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti