Vaqif Bayatlı əməliyyat olunmayacaq

Vaqif Bayatlı əməliyyat olunmayacaq
  09 Avqust 2016    Oxunub:1961
Şair, tərcüməçi Vaqif Bayatlı Odərin səhhəti pisləşib.
AzVision.az xəbər verir ki, şair hazırda Türkiyənin Memorial xəstəxanasında müalicə alır. Bu barədə danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, şair heç bir cərrahi əməliyyat olunmayacaq.

“İndicə Vaqif Bayatlı ilə bağlı yeni məlumat aldım. Onu Bakıdan Türkiyəyə müşaiyət edən, orada da müalicə prosesində yaxından iştirak edən hörmətli professorumuz Adil Qeybulla ilə telefonla danışdım.

Heç bir cərrahi əməliyyat olmayacaq. Türkiyənin Memorial xəstəxanasının ən məşhur həkimlərinin profesor Adil bəylə birlikdə keçirdikləri konsiliumun nəticəsində qərara alınıb ki, ən müasir tibbi avadanlıqların köməyi ilə cərrahi müdaxilə olmadan da müalicə davam edə bilər. Həmin avadanlıqlarla orada zəruru prosedurlar həyata keçiriləcək və bir neçə gün sonra Vaqif müəllim Bakıya dönəcək”.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti