Avtomobil kanala düşüb, xəsarət alan var

Avtomobil kanala düşüb, xəsarət alan var
  05 Avqust 2013    Oxunub:1036
Fövqəladə Hallar Nazirliyi Lənkəranda avtomobilin su kanalı düşməsi ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda “VAZ” markalı minik avtomobili yolun kənarındakı su kanalına düşüb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Nəticədə, avtomobil deformasiyaya uğrayıb və avtomobildə olan 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil verib, habelə, hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti