Beynəlxalq Böhran Qrupundan Qarabağ hesabatı

Beynəlxalq Böhran Qrupundan Qarabağ hesabatı
  05 Avqust 2013    Oxunub:1224
Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağdakı vəziyyəti stabil kimi qiymətləndirib.
İyul ayına olan hesabata əsasən, Böhran Qrupu işğal olunmuş ərazilərdəki son durumu sabit dəyərləndirir. Analitik mərkəz erməni rəsmilərin işğal olunmuş ərazilərdə hava limanının açılması fikrindən daşınmalarını ay ərzində Dağlıq Qarabağda qeydə alınan əsas hadisə kimi dəyərləndirib. Ekspertlərin fikrincə, bu, beynəlxalq təzyiqlərin nəticəsidir.

Böhran Qrupu həmçinin hər iki tərəfin atəşkəs rejiminin pozulması haqqında yaydığı çoxsaylı xəbərləri diqqətə çatdırıb.

Qeyd edək ki, qrup iyul ayından fərqli olaraq iyun ayında regionda vəziyyəti gərgin olaraq dəyərləndirib. Vəziyyətin pisləşməsinə səbəb kimi isə Azərbaycan tərəfinin Rusiyadan milyard dollar dəyərində silah alışı, iyunun 26-da Bakıda baş tutan hərbi parad və ölkə rəsmilərinin Azərbaycanın ərazi bütpvlüyünü müharibə yolu ilə bərpa edə biləcəyi haqqında səslənən fikirlər göstərilib.

Böhran qrupu ATƏT rəsmilərinin iyun ayı ərzində fəaliyyətini də səmərəsiz adlandırıb. Həmsədr ölkələrin – Fransa, Rusiya və ABŞ – prezidentləri də münaqişənin həllində yaranan durğunluqdan təəssüfləndiklərini dilə gətirib və tərəfləri dioloqun bərpası üçün səylərini əsirgəməməyə çağırıblar.



Teqlər:  





Xəbər lenti