Sılanın Bakı konserti təxirə salınacaq?
"Sıla vətənpərvər insandır. Türkiyəni də, Azərbaycanı da çox sevir. Hətta Bakıdakı konsertində Azərbaycan dilində bir vətənpərvər mahnı oxuyacaq".
Xatırladaq ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş "Demokratiya və Şəhidlər Mitinqi" barədə "Çevrilişə qarşıyam, amma şouya qatılmayacağam" yazıb. Bundan sonra onun bəzi konsertləri ləğv olunsa da, müğənniyə sosial mediada dəstək kampaniyası da başladılıb. Dünən isə Sıla dediyi sözlər haqda açıqlama yayıb:
"Gündəmi belə şeylərlə məşğul etdiyim üçün utanıram. Demokratiya fərqli fikirlərə hörmət etməkdir. Şəhidlərimizə və demokratiya növbəsi tutan vətəndaşlarımıza qarşı heç bir söz deməmişəm. Dediklərim mediada dəyişdirilərək yayılıb...".
Xatırladaq ki, "Velizadə prodakşın"ın təşkil etdiyi tədbir dekabrın 3-də Heydər Əliyev Sarayında baş tutacaq.
Teqlər: