İbrahimbəyov avqustun 15-i gəlir?!

  05 Avqust 2013    Oxunub : 561
İbrahimbəyov avqustun 15-i gəlir?!
“İstəməzdim vaxt təyin edək. Rüstəm İbrahimbəyovun Azərbaycana nə vaxt gələcəyi barədə danışmaq düzgün deyil”.
Bunu AzVision.az-a açıqlamsında Milli Şuranın üzvü Eldəniz Quliyev Fuad Qəhrəmanlının Rüstəm İbrahimbəyiovun gəlişi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O, vurğulayıb ki, R.İbrahimbəyovun sənədləri qaydasına düşən kimi o, qayıtmalıdır: “ Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesi yekunlaşmaq üzrədir. Ola bilsin ki, məsələ yaxın günlərdə tamamilə həll olunacaq. Hesab edirəm ki, İbrahimbəyovun qayıdışı da təxminən o tarixə təsadüf edəcək. Amma dəqiq vaxt demək çətindir. O, iki gündən sonra da gələ bilər, on gündən sonra da”.

E.Quliyev vurğulayıb ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq məsələsi həll olunmadan Azərbaycana gəlsə, onda hüquqi əngəllər yaradılacaq: “Həmin şəxsin vətəndaşlıqdan çıxmaq prosesində iştirakı vacibdir. Əgər İbrahimbəyov orada olmasa, vətədaşlıqdan çıxa bilməyəcək. Bu məsələ həll olunmadan da buraya gəlsə, Azərbaycandan buaxılmayacaq”.

Milli Şura üzvü onu da əlavə edib ki, R.İbrahimbəyov vətəndaşlıqdan çıxdıqdan sonra Milli Şura onun gəlişi ilə bağlı qərar qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki, Rüstəm İbrahimbəyov avqustun 15-i Azərbaycana gələcək. O vurğulayıb ki, Rüstəm İbrahimbəyov vətəndaşlıq məsələsi probleminin həlli istiqamətindən asılı olmayaraq Bakıya dönəcək.

Fatimə KƏRİMLİ

Teqlər: