Polis xeyli sayda silah-sursat zərərsizləşdirdi

Polis xeyli sayda silah-sursat zərərsizləşdirdi
  05 Avqust 2013    Oxunub:998
Azərbaycanda polis tərəfindən xeyli sayda silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 2-ci Zabrat qəsəbəsindəki İstixana Kombinatı "Zəfaran" MMC-nin ərazisindən 1 ədəd "AKM" silahı, 549 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapılıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən isə şəhər ərazisindən 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd nömrəsi silinmiş "AK-74" pulemyot silahları, 192 ədəd avtomat patronu və 6 ədəd patron darağı tapılıb.





Teqlər:





Xəbər lenti