Rafiq Tağının “Yanaşı ulduzlar”ı - FOTOLAR

Rafiq Tağının “Yanaşı ulduzlar”ı - FOTOLAR
  05 Avqust 2013    Oxunub:2541
Bu gün mərhum yazıçı Rafiq Tağının “Yanaşı ulduzlar” adlı hekayələr toplusunun təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, yazıçının ad günü münasibətilə keçirilən tədbirdə onun yazar dostları və oxucuları iştirak edib.

Rafiq Tağının dostu, yazar Rasim Qaraca onunla bağlı xatirələrindən danışıb: “Rafiq Tağı tamamilə təmannasız insan idi. Nə həkimlik peşəsindən, nə də yazıçılıqdan karyera üçün istifadə etməyib. Hətta biz dəfələrlə onun müayinə etdiyi xəstələrinə öz cibindən pul verməyinin, dərman almağının şahidi olmuşuq. O, bütün yazıçıların ailə həkimi idi və bunu təmənnasız edirdi”.

Yazıçının qardaşı İlqar Tağıyev kitabın çapını yüksək qiymətləndirib və bunun davamlı olmasını arzu edib: “İstərdim ki, belə nəşrlər çox olsun. Həmişə davam etsin ki, Rafiq Tağı da yad olunsun, O, xalqın sevgisini qazanmağa layiq insan idi. Xaraktercə həmişə gülərüz insan idi. Onda heç vaxt qəzəb görmək olmazdı”.

Yazıçı Şərif Ağayar isə Rafiq Tağını dinin tələblərinə cavab verən insan adlandırıb: “Həyatı boyu Rafiq Tağı qədər yaxşı insan tanımamışam. Mən oxuduğum, bildiyim qədəri ilə müqayisə edirdim ki, o, dinin tələb etdiyi kimi insan idi. Halbuki dindarlar ona qarşı çıxırdı. Əgər İslam dini Rafiq Tağı kimi adamın əleyhinədirsə, onda mən Rafiq Tağını seçirəm”.

Digər tədbir iştirakçıları, mərhum yazıçının gənc oxucuları onun haqqında fikirlərini bölüşüb. Qeyd edək ki, Rafiq Tağı 2011-ci il noyabrın 23-də, bıçaqlandıqdan 4 gün sonra vəfat etmişdi.

Fatimə KƏRİMLİ

Qalereya




Teqlər:





Xəbər lenti