Saatlıda iki mərtəbəli evin yarısı yanıb

Saatlıda iki mərtəbəli evin yarısı yanıb
  06 Avqust 2013    Oxunub:1027
Fövqəladə Hallar Nazirliyi baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Saatlı rayonu Əliabad kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus hər mərtəbəsi 135 kv.m olan 2 mərtəbəli 6 otaqlı evin taxta konstruksiyalardan ibarət 2-ci mərtəbəsi və 1 otaqda olan ev əşyaları 135 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Bərdə şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı və dam örtüyü 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçay rayonu, Potu kəndində isə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVisiona.az


Teqlər:  





Xəbər lenti