Düşmən silahı susmur

  06 Avqust 2013    Oxunub : 433
Düşmən silahı susmur
Cəbhədə vəziyyət yenidən gərginləşib.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Paravakar, Mosesqex, Aygedzor kəndlərində yerləşən mövqelərdən QazaxTovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Eyni zamanda Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Bundan əlavə Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az

Teqlər: